Hikmət Hacıyev Mirzoyanı İFŞA ETDİ - FOTO/VİDEO

21:07 - 13 İyul 2023

Hikmət Hacıyev Mirzoyanı İFŞA ETDİ - FOTO/VİDEO

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın yalan paylaşımını ifşa edib.

 

Manset.az xəbər verir ki, Ararat Mirzoyan Tvitter hesabında "Qarabağdakı humanitar vəziyyət" səbəbilə vəfat etdiyi iddia etdiyi azyaşlıların fotosunu paylaşıb.

Hikmət Hacıyev cavabında Ermənistanın faktları yoxlamadan rəsmi səviyyədə yalan və dezinformasiya yaydığını bildirib:

"Ermənistanın xarici işlər naziri rəsmi səviyyədə yalan və dezinformasiya yayanda faktların yoxlanılmasına və miflərin ifşasına ehtiyac var. Yerli polis valideynlərinin nəzarətsizliyi səbəbilə iki azyaşlının səhlənkarlıq və avtomobildəki yüksək temperatur nəticəsində yuxudaykən vəfat etdiyini təsdiqləyib. Bu, riyakarlıqdan başqa birşey deyil", - Hikmət Hacıyev qeyd edib.

azıb.

 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az