Ukraynada azərbaycanlı ailə itkin düşdü - VİDEO

15:32 - 14 İyul 2023

Ukraynada azərbaycanlı ailə itkin düşdü - VİDEO

Ukraynada müharibə davam edir.

 

Manset.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Rusiya ordusu tərəfindən ötən gecə Nikolayev, Xerson vilayətləri kütləvi dron hücumlarına məruz qalıb. Rusiya ordusu qeyri-sabit hava şəraitindən istifadə edərək dron hücumlarını daha da gücləndirib.

Qeyd edilib ki, Donetsk vilayətində vəziyyət olduqca ağırdır. Xüsusilə Baxmut və Avdiyevka istiqamətində hər iki tərəf ağır itkilər verib:

“Buna baxmayaraq, Ukrayna ordusu Baxmut istiqamətində irəliləyiş əldə edib. Məlumata görə, bu fəaliyyət uğurla davam etsə, Ukrayna Rusiya ordusunun Baxmut istiqamətində olan hissələrini tamamilə mühasirəyə ala bilər”.

Həmçinin o da bildirilib ki, Kupyansk şəhəri demək olar ki, hər gün Rusiya ordusu tərəfindən ağır raket hücumlarına məruz qalır.

“Döyüşlər ərəfəsində azərbaycanlı Emil Əhmədov, 2 uşağı və həyat yoldaşı itkin düşüblər. 1 həftədir ki, azərbaycanlı ailədən xəbər yoxdur”, - deyə jurnalist əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az