Ermənilər üçün Ağdam-Xankəndi yolu təklif edildi

23:24 - 17 İyul 2023

Ermənilər üçün Ağdam-Xankəndi yolu təklif edildi

“Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur”.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Yevdokimovla görüşü zamanı deyib.

Bildirilib ki, Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması qanuna zidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıyır. Buna baxmayaraq, Ermənistan tərəfinin məntəqəyə qarşı 15 iyun və iyul ayının əvvəlində təxribatlardan əl çəkmədiyi qeyd olunub.

Azərbaycan tərəfi isə yenə də erməni sakinlərin bu məntəqədən keçidi üçün şərait yaradıb. Eyni zamanda, Azərbaycanın erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğu diqqətə çatdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az