TƏBİB-in cərimələrdən topladığı vəsaitdən istifadə etməsi üçün qayda hazırlanacaq

17:13 - 18 İyul 2023

TƏBİB-in cərimələrdən topladığı vəsaitdən istifadə etməsi üçün qayda hazırlanacaq

İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə qaydası hazırlanacaq.

Manset.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı əhalinin sağlamlığının qorunması ilə bağlı Fərmanda nəzərdə tutulub.

Sənədə görə, Nazilər Kabineti qaydanı üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az