İraq Kürdüstan Regionu ilə iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə edildi

22:56 - 18 İyul 2023

İraq Kürdüstan Regionu ilə iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə edildi

Ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb.

 

Manset.az xəbər verir ki, görüşdə iqtisadi sahədə Azərbaycan Prezidentinin tapşırıqlarından irəli gələn əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin iş adamları arasında daimi təmas və əlaqələrin yaradılmasına dəstək verilməsi, energetika, ticarət, nəqliyyat sahələrində əməkdaşlıq imkanlarının dərinləşdirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az