İranın Baş Qərargah rəisi Azərbaycanla sərhəddə - FOTO

18:09 - 19 İyul 2023

İranın Baş Qərargah rəisi Azərbaycanla sərhəddə - FOTO

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqeri təhlükəsizliyi yoxlamaq üçün Azərbaycanla sərhəd məntəqəsində olub.

 

Manset.az xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

O, Qərbi Azərbaycan əyalətinin Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhərində və Araz çayı sahillərində hərbi hissələrə baş çəkib.

Baş Qərargah rəisi şəxsi heyətin döyüş hazırlığı vəziyyətini yoxlayıb.

Qeyd edək ki, Baqerini İran ordusunun yüksək vəzifəli komandirləri müşayiət edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az