Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

20:39 - 19 İyul 2023

Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna lideri tviter hesabında yazıb.

"Ukraynanın ehtiyacları üçün enerji avadanlığının alınmasına görə yardımın ayrılması qərarını alqışlayıram. Dost Azərbaycanın bu dəstəyi davamlı hücumlar qarşısında Ukraynanın enerji kompleksinin sabitliyini təmin etmək üçün vacibdir. Enerji sistemini qışa hazırlamaq üçün tərəfdaşlarımızla fəal işləməyə davam edirik", - Zelenski qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az