Şaxtalı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLANDI

14:12 - 18 Fevral 2024

Şaxtalı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLANDI

Dağlıq ərazilərdə fevralın 21-dək şaxta olacağı, gecə və səhər saatlarında yolların buz bağlayacağı proqnozlaşdırılır.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, dağlıq və dağətəyi rayonlarda qarlı hava şəraiti müşahidə olunur.

Hazırda qar örtüyünün hündürlüyü Şahdağ, Qrızda 10 sm, Qusarda 9 sm, Xınalıqda 6 sm, Qubada 3 sm, Xaltan, İsmayıllı, Şabran, Göygöl, Altıağacda 2 sm-dir. Müşahidə olunan yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda, əsasən də Quba-Qusar, İsmayıllı, Şamaxı-Ağsu aşırımı istiqamətlərində yolların buz bağlaması istisna olunmur.

Şaxtalı hava şəraiti fevralın 21-dək davam edəcək. Bununla əlaqədar olaraq sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az