Anar Quliyev Neftçalada vətəndaşları qəbul etdi - FOTO

17:38 - 11 İyul 2024

Anar Quliyev Neftçalada vətəndaşları qəbul etdi - FOTO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu iyulun 11-də Neftçala şəhərində keçirib.


Manset.az komitəyə istinadən xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

Sonra Şirvan, Hacıqabul, Neftçala və Salyan rayon sakinləri ilə keçirilən görüşdə vətəndaşlar tərəfindən tikintiyə icazə icraatı və torpaq münasibətləri ilə bağlı verilən suallar cavablandırılıb, qaldırılan bəzi məsələlər yerindəcə həllini tapıb.

Həmçinin sakinlərə şəhərsalma qanunvericiliyinin tələbləri və Komitə tərəfindən yaradılan elektron icazə sisteminin üstünlükləri barədə ətraflı məlumat verilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az