Lənkəranda zəncirvari qəza oldu - FOTO

13:08 - 22 İyul 2024

Lənkəranda zəncirvari qəza oldu - FOTO

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib, 3 maşın toqquşub.


Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə Lənkəran - Boradigah - Masallı yolunda qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yük avtomobili ilə toqquşub. Yük avtomobili aşaraq digər “Mercedes” avtomobilinə çırpılıb. Qəza nəticəsində həmin istiqamətdə yolda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Hazırda yolun tam açılması istiqamətində işlər aparılır.

Qəzada xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az