Bu Təhsil Mərkəzində yeni ixtisaslar yaradıldı

09:30 - 10 Avqust 2024

Bu Təhsil Mərkəzində yeni ixtisaslar yaradıldı

Bu il Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində iki yeni ixtisas yaradılıb.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bu ixtisaslar dronların texniki xidməti və təmiri üzrə mütəxəssis və alternativ enerji qurğu və avadanlıqlarının istismarıdır.

Qeyd edək ki, bununla da təhsil müəssisəsində ixtisasların sayı 22-yə çatıb.

Xatırladaq ki, mərkəzin açılışı ötən ilin iyul ayında Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az