Pəhriz olmadan necə arıqlamaq olar?

17:14 - 03 May 2025

Pəhriz olmadan necə arıqlamaq olar?

Cənubi Koreyalı alimlər müəyyən ediblər ki, 50 dəqiqəlik axşam gəzintiləri arıqlamağa və qarın piylərindən qurtulmağa kömək edir. Tədqiqatın nəticələri "Journal of Exercise Nutrition and Biochemistry" (JENB) jurnalında dərc olunub.


Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, tədqiqatda artıq çəkili qadınlar iştirak edib.

Subyektlər iki qrupa bölünüb: birincisi həyat tərzini dəyişməyib, ikincisi isə həftədə üç dəfə əlli dəqiqəlik gəzintilər edib. Təcrübə 12 həftə davam edib. Tədqiqat boyu könüllülər heç bir xüsusi pəhrizə əməl etməyiblər.

Nəticədə, yeriyən qadınlar fiziki fəaliyyətdən qaçanlara nisbətən daha çox visseral yağ itiriblər. 

Yeganə


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv