Şirniyyat depressiyanı artırır - ARAŞDIRMA

20:50 - 03 May 2025

Şirniyyat depressiyanı artırır - ARAŞDIRMA

Alimlər müəyyən ediblər ki, pəhriz depressiya və narahatlıq əlamətlərinə təsir edir. Araşdırmanın nəticələri "BMC Medicine" jurnalında dərc olunan məqalədə təqdim olunub.


Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qənnadı məmulatlarının, yağın, şəkərin və süddən hazırlanmış desertlərin daha çox istehlakı, eləcə də meyvə və tərəvəzlərin az istehlakı psixi xəstəliklərin əlamətlərinin artması ilə nəticələnir.

Müəlliflər 157.000 könüllü haqqında məlumatlardan istifadə ediblər, onlardan 70.000-nə depressiya, 70.000-nə isə narahatlıq pozuqluğu diaqnozu qoyulub. Alimlər hər 3-4 aydan bir iştirakçıların pəhrizi və psixi vəziyyəti haqqında məlumat toplayıblar - tədqiqat 7 il 6 ay ərzində aparılıb.

Yeganə

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv