"Xalq artisti Arif Babayevin səhhəti dövlət qurumları tərəfindən nəzarətə götürülüb".
Manset.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərlə açıqlamasında deyib.
O bildirib ki, A.Babayevin sağalması üçün bütün həkimlər səfərbər ediliblər:
"Nazirlik olaraq ilk gündən ailəsinin yanındayıq. Sənətkarımızın intensiv müalicəsi davam etdirilir. Nazirliyin əməkdaşları da onun səhhəti ilə maraqlanır, mütəmadi nəzarətdə saxlayırlar. Əlavə nə lazım olarsa, nazirlik olaraq üzərimizə düşəni etməyə hazırıq".
***
12:46
"Əlini-ayağını tərpədir. Bu, bizim üçün irəliləyişdir. Çünki xəstəxanaya koma vəziyyətində gətirmişdik".
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev deyib.
O qeyd edib ki, kritik vəziyyətdə olduğu üçün xırda irəliləyiş də bizi sevindirir: "Dövlətimizə, həkimlərimizə təşəkkür edirəm".
***
10:02
Xalq artisti, professor Arif Babayevin son vəziyyəti açıqlanıb.
Manset.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, xəstə Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya gətirilib.
“Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hal-hazırda reanmasiya şöbəsində müalicəsi davam edir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. O, dünən axşam saatlarında təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.