Kamil Hacıyev  vəzifəsindən azad olundu - FOTO

11:04 - 25 İyul 2025

Kamil Hacıyev  vəzifəsindən azad olundu - FOTO

"Qusar Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin baş direktoru Kamil Hacıyev vəzifəsindən azad olunub.


Manset.az Bizim.media-ya istinadən xəbər verir ki, TƏBİB sədri Vüqar Qurbanov bununla bağlı əmr imzalayıb.

Qusar rayon Mərkəzi Xəstəxanasından sayta bildirilib ki, məsələ ilə bağlı hələlik rəsmi məlumatları yoxdur.

Qeyd edək ki, bundan əvvəl “Qusar Rayon Mərkəzi Xəstəxanası”nda pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddiası yayılmışdı. Belə ki, xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (Kamil Hacıyevin həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq vermişdi.

Həmçinin bu ilin fevralında Qusar Rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsi olaraq xəstəxana tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı üzrə publik hüquqi şəxs 20 min manat, direktor Kamil Hacıyev isə 3 min manat məbləğində cərimə edilmişdi.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az