Dəri xərçəngi erkən mərhələdə gözdən qaçan əlamətlərlə ortaya çıxa və vaxtında diaqnoz həyat qurtara bilər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həmin əlamətlər bunlardır:
1. Qaşınma və toxunma həssaslığı:
Davamlı qaşınan və ya həssas olan dəri sahələri xərçəngin ilkin mərhələsi ola bilər.
2. Qızartı və yüngül rəng dəyişiklikləri:
Allergiya və günəş yanığı ilə səhv salınan bu dəyişikliklər diqqətlə izlənməlidir.
3. Qabıqlanma və tekstura dəyişiklikləri:
Dərinin səthində davamlı qabıqlanma və ya kobudlaşmasi əlamətlər sırasındadır
4. Yaraların gec sağalması:
Kiçik kəsik və sıyrıntıların uzun müddət sağalmaması həkimə müraciət üçün əsasdır.
5. Davamlı ağrı:
Ağrısız başlayan dəri xərçəngi zamanla bölgədə aralıq və ya daimi ağrıya səbəb ola bilər.
Bu kimi simptomları görməməzlikdən gəlmək müalicə şansını azalda bilər.