Trendyol-da
sərhədsiz alış-verişi sevən Birbanklılar noyabr ayını möhtəşəm kampaniya ilə
başa vururlar. Belə ki, Trendyol-un “Əfsanə günlər” kampaniyası müştərilərə
onlayn alış-verişdə xüsusi endirim fürsəti təqdim edir. 27 noyabr–2 dekabr
tarixlərində Trendyol-dan alış-veriş edənlər “NOYABR20” promokodu ilə 20%-dək
endirim qazanacaqlar.
Birbank
və Trendyol arasında qurulan tərəfdaşlıq müştərilərə yalnız endirim deyil, eyni
zamanda daha rahat və büdcəyönümlü ödəniş imkanı yaradır. Müştərilər sifariş
zamanı “İndi al, sonra ödə” üsulunu seçərək ödənişi 4 bərabər hissəyə
komissiyasız və faizsiz şəkildə bölə və 2 ay ərzində ödəyə bilirlər. Beləliklə,
Birbank müştəriləri üçün Trendyol-da alış-veriş həm endirimlə, həm də
komissiyasız, faizsiz, hissəli ödənişlə daha əlçatan və sərfəli olur.
Kampaniyadan
yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz: https://www.b-b.az/prte
Daim
ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə
nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115
filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı
altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank
isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə
olan səhifələrinə müraciət edə bilərsiniz.