2025-ci ilin 6 ayı ərzində ölkəyə gələn təyyarələrin sayı 12 min 322 olub.
Manset.az xəbər verir ki, bu sözləri Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli Dövlət Gömrük Komitəsinin media nümayəndələri üçün təşkil etdiyi mediatur zamanı deyib.
Ümumilikdə, 6 ay ərzində ölkəyə gələn sərnişin sayı 1 658 738, baqaj sayı 1 305 239, ölkədən gedən təyyarə sayı 12 331, sərnişin sayı 1 597 009, baqaj sayı isə 1 177 893 olub.
Fidan Vəlisoy