Birbank Yığım hesabı ilə müştərilərin pul vəsaitlərini idarə etmək və
gəlir əldə etməklə bağlı stereotiplərini qırır. Bankın bu sərfəli məhsulu
istifadəçilərə illik 7% gəlir
qazanmaq, üstəlik hesablanmış faizə də
faiz əldə etmək şansı yaradır. Dollar valyutası üzrə isə bu qazanc illik
2.5%-dir. Yığım hesabının ən
böyük özəlliyi isə gəlirlərin gündəlik
hesablanmasıdır. Yəni, müştərilər vəsaitin hesabda qaldığı hər gün daha
çox qazanırlar.
Məhsulun şərtləri olduqca sadə və rahatdır. Minimum məbləğ tələbi yoxdur, hesabı hətta 0.00 AZN/USD ilə də açmaq mümkündür. Hesaba istənilən zaman əlavə
vəsait yatırmaq sərbəstdir. Faiz gəliri gündəlik hesablanır və günün sonunda
balansa yüklənir. Eyni zamanda qazanılan faiz gəlirinə də faiz hesablanaraq
qazancı daha da artırır. Ən əsası isə pulu istənilən an heç bir faiz və ya komissiya ödəmədən çıxarmaq mümkündür. Bütün bu
proseslərə isə müştərilər Birbank mobil tətbiqi ilə rahat və etibarlı şəkildə
nəzarət edə bilərlər.
Bu məhsul, xüsusilə uzunmüddətli
depozit hesabı açmaq istəməyən, aşağı risklə yüksək gəlir qazanmağı
hədəfləyən hər kəs üçündür. Minimum məbləğ tələbinin olmaması onu hamı üçün
əlçatan edir. Birbank Yığım hesabı müştərilərə büdcələrini səmərəli idarə
etmək, aylıq və ya illik gəlirlərdən asılı olmayaraq, vəsaitlərini istədikləri
zaman artırmaq şansı verir. Hesabı sizə ən yaxın Birbank filialından və ya
Birbank mobil tətbiqində “Əmanətlər”
bölməsinə keçərək “Yığım hesabı aç”
seçimi ilə asanlıqla açmaq mümkündür.
Ətraflı məlumat üçün: http://b-b.az/yhpr.
Daim
ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə
nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115
filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı
altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank
isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.