Nura Surinin ifşaedici PORTRETİ

14:04 - 28 Noyabr 2025

Nura Surinin ifşaedici PORTRETİ

Günlərdir Mədəniyyət Nazirliyini ittiham etmək üçün qondarma “arqumentlər” uyduran, süni intelektin imkanlarından hərtərəfli istifadə etməklə özünü ağıllı göstərən Nura Suri “Meydan TV”-yə təşəkkür edib. Ki, “Meydan TV” də onların (Mədəniyyət Nazirliyinə qarşı qarayaxma kampaniyasında iştirak edənlərin) iddiaları ilə bağlı “araşdırma” aparıb.


Araşdırmanı ona görə dırnaq içində qeyd edirik ki, “Meydan TV”-nin missiyası Azərbaycana qarşı qərəzli materiallar yayımlamaqdan başqa bir şey deyil. Media orqanı adı ilə fəaliyyət göstərən “Meydan TV”-nin nə olduğunu, hansı məzhəbə və məqsədə xidmət etdiyini, Azərbaycan dövlətinə qarşı nələr etdiyini, 44 günlük müharibə dövründə Ermənistanın, hətta, Qarabağdakı separatçıların maraqlarına xidmət etdiyini hər kəs yaxşı bilir. Belə bir “media orqanı”nın apardığı “araşdırma” da təbii ki, həqiqəti deyil, Nura Suri və onunla eyni dəstədə yer alanların iddialarından ibarət olacaq. 

İndi əlinə mikrofon alıb müğənnilik edən, sənətindən daha çox, hay-küyü ilə tanınan Nura Suri “Meydan TV”-yə yalanlarını işıqlandırdığı üçün təşəkkür edir…

İctimai TV-ni, yaxud Baku TV-ni anladıq, bəs “Meydan TV”?

Atalarımızın yaxşı bir sözü var. Deyir, “qanmayanın kefidir”. Bu Nura Surinin sosial şəbəkələrdə qaldırdığı “tozanağı” ən yaxşı formada ifadə edir. Burada “qanmamaq” ifadəsi məzac olaraq da istifadə olunur, feil olaraq da. İzah hörmətli oxucularımız üçün yox, Nura Suri üçündür. Çünki atalarımızın bu gözəl sözünü anlaya biləcəyini ummuruq. Səhnədə fonoqramla çıxış etdiyi kimi, sosial şəbəkələrdə də “Chatgbt” ilə apardığı “araşdırmaları” paylaşaraq, özünü intelektli göstərir, hətta, az qalsın “araşdırmaçı jurnalist” olduğunu deyir. Amma qeyd etdiyimiz kimi, “qanmayanın kefidir”.

Nura Suri qanmadığına görə, təşəkkür etdiyi “Meydan TV”-nin qanunsuz fəaliyyətindən xəbəri yoxdur.

Qanmır ki, bu “media orqanı” xarici qüvvələrin Azərbaycana qarşı həyata keçirdiyi genişmiqyaslı planın “piyadalarından” olub və hədəfi dövlətimizdir.

Nura Suri qanmır ki, “Meydan TV” Azərbaycan qanunlarını pozaraq, milli və dövlət maraqlarımıza qarşı fəaliyyəti ilə tanınır, hazırda bununla bağlı istintaq davam edir. 

Nura Suri onu da qanmır ki, “Meydan TV” Qarabağı azad edən Ali Baş Komandan İlham Əliyevə qarşı əsassız iddiaların, qarayaxma kampaniyaların əsas platformasıdır.

Nura Suri bunları qanmadığı üçün kef edir. O, “Meydan TV”-yə təşəkkür etməklə özünü də ifşa etdi. Bəlli oldu ki, Nura və onunla eyni dəstədə yer alanların iddiaları “Meydan TV”-nin yalanlarından başqa bir şey deyil. 

O da bəlli oldu ki, Mədəniyyət Nazirliyi üzərindən ölkədə həyata keçirilən şəffaflaşdırma prosesinə qarşı aparılan kampaniya anti-Azərbaycan dairələrin təlimatı əsasında həyata keçirilir. Bunu “Meydan TV”-yə təşəkkür edən Nura Suri də etiraf etmiş oldu.


Vaqif Hüseynli

Demokrat.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az