Azərbaycanda bu şəxslərə mənzil veriləcək

21:16 - 12 Dekabr 2025

Azərbaycanda bu şəxslərə mənzil veriləcək

Dekabrın 12-də Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.


Bu barədə Manset.az-a Maliyyə Nazirliyindən məlumat verilib.

Komissiyanın sədri, maliyyə naziri Sahil Babayev Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxıldığını və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçuların mənzil növbəsinə əlavə edildiyini bildirib.

Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 606 nəfər hərbi qulluqçunun tam təmirli mənzillərlə təmin olunmasına dair qərar qəbul olunub. Qeyd olunub ki, cari il üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına alınan tam təmirli mənzillər növbəti il ərzində hərbi qulluqçulara təqdim olunacaq.

Qeyd edək ki, bu günə qədər dövlət vəsaiti hesabına 4167 nəfər hərbi qulluqçu mənzillərlə təmin olunub.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az