Yuxuda arıqlamağa kömək edən 10 qida

01:30 - 14 Dekabr 2025

Yuxuda arıqlamağa kömək edən 10 qida

45–50 yaşdan sonra maddələr mübadiləsi yavaşlayır və artıq çəkidən qurtulmaq daha çətinləşir. 


Manset.az Ölkə.az-a istinadən xəbər verir ki, diyetoloq Sakar Berdjis "La Razon" nəşrinə açıqlamasında yaşlı insanların hətta yuxuda olarkən arıqlamasına kömək edə biləcək 10 qidanı sadalayıb.

Berdjis gecə yatmazdan əvvəl toyuq və ya hinduşka əti kimi azyağlı zülal qəbul etməyi məsləhət görüb: “Yatmazdan əvvəl az miqdarda yağsız zülal qəbulu qlükoza səviyyəsini sabitləşdirir və yuxu hormonu olan melatoninin ifrazını stimullaşdırır. Keyfiyyətli yuxu isə bədənin yağ yandırılmasına mane olan stres hormonu — kortizolu tənzimləməsinə kömək edir”.

Mütəxəssisin sözlərinə görə, effektiv arıqlama üçün rasiona yunan qatığı, kivi, çobanyastığı çayı, sakitləşdirici bitki dəmləmələri, kəsmik, rikotta pendiri, badam və qoz da əlavə etmək faydalıdır. Onun sözlərinə görə, xüsusilə qoz və badam hüceyrələrin bərpasında iştirak edən və gecə saatlarında qandakı şəkərin səviyyəsinə nəzarət edən maqneziumla zəngindir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az