Britaniya elçisi Naxçıvana gəldi

21:13 - 14 Dekabr 2025

Britaniya elçisi Naxçıvana gəldi

Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü lord Con Alderdays Naxçıvan Muxtar Respublikasında səfərdədir.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi "X"də paylaşım edib.

Con Alderdays Ordubadda yerləşən, 17-ci əsrə aid tarixi abidə olan və hazırda tarix və etnoqrafiya muzeyi kimi istifadə edilən Qeysəriyyə binasını və Cümə məscidinə baş çəkib.

Qeyd edilir ki, şəhərin mərkəzində qaya üzərində tikilən və 17-ci əsrdə bərpa olunan Cümə məscidi Ordubadın zəngin irsinin simvolu kimi dayanır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az