Qusarda maşının dərəyə aşması nəticəsində ölən və xəsarət alanlar tanınmış ekspert Şair Ramaldanovun ailə üzvləridir.
Manset.az xəbər verir ki, qəzada həlak olan 36 yaşlı Tamilla Ramaldanova Şair Ramaldanovun hərbçi qardaşı, polkovnik Elman Ramaldanovun qızıdır.
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ailənin 4 üzvü isə qəza zamanı xəsarət alıb.
Onlar- sürücü 1962-ci il təvəlludlü Fariza Vladimirovna - Ramaldanova, 2022-ci il təvəllüdlü əkizlər, Arman və Adam Qoşqar oğlu Rəhimovlar və 2017-ci il təvəlludlü Rüstəm Qoşqar oğlu Rəhimov Qusar rayon mərkəzi xəstəxanasına aparılıblar.
Tamilla Ramaldanova ilə yanaşı 43 yaşlı Cəmilə Bağırova hadisə yerində ölüb.