Gəncədə toy karvanında avtoxuliqanlıq edən iki "Chevrolet" və bir "AzSamand" markalı avtomobillərin sürücüləri - E.Hətəmi, E.Məmmədov və Z.Həsənov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Manset.az-a bildirilib ki, sürücülər barəsində inzibati protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə hər üç sürücü bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati həbs olunub.
Bununla yanaşı, polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha altı sürücü saxlanılıb. Tibbi müayinə zamanı sürücülərin narkotik vasitələr qəbul etdiyi sübuta yetirilib.
Onlar barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.