Kristal interyer materialları üzrə dünya
miqyasında tanınmış İtaliya brendi “Zambaiti
Parati” ilə əməkdaşlığını daha da gücləndirir. Tərəflər arasında yeni
memorandum imzalanıb ki, bu sənəd mövcud iş birliyinin strateji şəkildə
genişləndirilməsini nəzərdə tutur.
Memorandum “Zambaiti Parati” şirkətinin Group CEO-su Davide
Zambaiti və Kristalın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev tərəfindən
imzalanıb.
Sənəd iki
qurum arasında uzun müddətdir davam edən qarşılıqlı əməkdaşlığı rəsmi şəkildə
təsdiqləyir.

“Zambaiti Parati” beynəlxalq bazarda yüksək keyfiyyətli, İtaliya istehsalı divar kağızlarının istehsalında qabaqcıl və premium brend kimi tanınır. Şirkət illərdir texnologiya, dizayn və material keyfiyyəti sahəsində liderlərdən biri olaraq seçilir. Yeni razılaşma çərçivəsində “Zambaiti Parati” məhsulları Kristalın bir sıra layihələrində - “City Garden Narimanov”, “Park Yasamal”, “Highland Residence” və “Biləcəri” komplekslərində istifadə olunacaq.

Memorandum hazırda tikinti mərhələsində olan layihələri əhatə edir və əsasən mənzillərin və ümumi sahələrin tamamlanma mərhələsində tətbiq olunan interyer dekorasiyasına yönəlib. Razılaşma çərçivəsində Kristal zal, yataq otaqları və ümumi istifadə zonalarının dizaynında “Zambaiti Parati”nin divar kağızlarını istifadə edəcək.

“Kristal” və “Zambaiti Parati” əməkdaşlığını gələcəkdə daha geniş çərçivədə
davam etdirməyi planlaşdırır.
Ətraflı: *1544
kristal.az