Tanınmış musiqiçi ehtiyatsızlıqdan yıxıldı – Xəstəxanada vəfat etdi

17:37 - 15 Dekabr 2025

Tanınmış musiqiçi ehtiyatsızlıqdan yıxıldı – Xəstəxanada vəfat etdi

Bakıda ehtiyatsızlıq nəticəsində xəsarət alan 77 yaşlı qadın xəstəxanada vəfat edib. 

 

Manset.az News24.az-a istinadən xəbər verir ki, dekabrın 9-da saat 08:00 radələrində 1948-ci il təvəllüdlü Tamilla Nəcməddin qızı Rəhimova yaşadığı Bülbül prospektindəki evində ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilən qadın bir neçə gün sonra dünyasını dəyişib.

Bildirilib ki, T.Rəhimova tanınmış musiqi müəllimi olub. Son illərdə onun görmə qabiliyyəti zəifləyib.

O, tanınmış ictimai-siyasi xadim, bir çox vəzifələrdə çalışmış Nəcməddin Əhmədovun qızıdır.

T.Rəhimova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) və Bakı Musiqi Akademiyasında vokal və estrada üzrə dərs deyib, bir sıra tanınmış müğənnilərin müəllimi olub. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az