Sabah bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

20:31 - 15 Dekabr 2025

Sabah bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

Sabah Xaçmazın 16 kəndində qaz təchizatı dayandırılacaq.


Manset.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayonunda Qusarçay kəndi istiqamətində istismarda olan D-315 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq dekabrın 16-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xaçmaz şəhərinin bir hissəsinin və 26 kəndinin qaz təchizatında fasilə yaranacaq. Müşkür, Müzəffəroba, Müşfiq, Sabiroba, Mürşüdoba, Qadaşoba, Nərəcan, Ağtala, Qımıqışlaq, Mollabürhan, Mirzəmməd, Çinartala, Palçıqoba, Çuxuroba, Şıxlar, Hacısıoba, Maşıoba, Çiləgir, Hacıqurbanoba, Xaspolatoba, Gödəkli, Çaykənarı, Ağaşirinoba, Manafoba, Gəncəli, Şıxlı kəndlərində və şəhərin bir hissəsində – ümumilikdə 10 min 346 abonentə təbii qazın verilməsi müvəqqəti dayandırılacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az