Gecə oyanmaların səbəbi nədir?

01:30 - 17 Dekabr 2025

Gecə oyanmaların səbəbi nədir?

Gecə yuxu zamanı qısa və ani oyanmalar həmişə yuxusuzluq əlaməti sayılmır.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində çalışan terapevt David Gurley Daily Mail nəşrinə müsahibəsində bildirib.

Həkimin sözlərinə görə, insan orqanizmi sirkadiyal ritm adlanan daxili bioloji saatla işləyir. Bu sistem işıq və qaranlığa reaksiya verir və yuxululuqla ayıqlıq hissini tənzimləyən melatonin və kortizol hormonlarının ifrazına nəzarət edir. Cəmiyyət 24 saatlıq rejimlə yaşasa da, bədənin ritmi fərqli işləyə bilər.

Gurley qeyd edib ki, insanların gecə boyu heç oyanmadan yatması mümkün deyil. Yuxu təxminən 90 dəqiqəlik dövrlərlə gedir və hər dövrün sonunda qısa oyanma baş verir. Bu dövrün son mərhələsi sürətli göz hərəkətləri ilə xarakterizə olunan REM yuxusudur. Məhz bu mərhələdə beyin aktiv işləyir, yuxular görülür və oyanmalar daha tez-tez baş verir.

Həkim vurğulayıb ki, bu cür qısa oyanmalar hər kəsdə olur və sağlam insanlar üçün təhlükə yaratmır. Lakin oyanmalar tez-tez baş verirsə və narahatlıq yaradırsa, bu, emosional stressin yüksək səviyyədə olmasına işarə edə bilər.

Ekspert əlavə edib ki, gecə oyanmalarının klassik səbəblərindən biri də tualetə getmə ehtiyacıdır. Bu hal xüsusilə yaşlı kişilərdə daha çox rast gəlinir. Belə hallarda ciddi xəstəlikləri, o cümlədən prostat problemlərini istisna etmək üçün həkimə müraciət etmək tövsiyə olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az