Yollar buz bağlaya bilər - Sabahın havası

12:43 - 17 Dekabr 2025

Yollar buz bağlaya bilər - Sabahın havası

Bakıda və Abşeron yarımadasında dekabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında hava şəıraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 7-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az