Qısa videoların izlənməsi və yaradılması üzrə aparıcı platforma olan TikTok 2025-ci ilin yekunlarını açıqlayaraq, Azərbaycanda seçilən kreatorların və əsas təşəbbüslərin siyahısını təqdim edib.
Dünyada hər gün 1 milyarddan çox insan TikTok-a daxil olaraq ilham almaq və başqalarını ilhamlandırmaq, biliklərini bölüşmək, özünənəxsus məzmun yaratmaq və sadəcə olaraq özlərinin və digərlərinin əhval-ruhiyyəsini yüksəltmək üçün platformadan istifadə edir. TikTok-da 2025-ci il yeni kəşflər dövrü oldu: ilhamverici hekayələr, kiçik bizneslər və istifadəçilərin sevimlisinə çevrilmiş istedadlı kreatorlar, Azərbaycan mədəniyyətini yeni prizmadan təqdim edən və ölkənin tükənməz yaradıcılıq potensialını üzə çıxaran məzmunlar.
TikTok bir daha sübut etdi ki, o, təkcə istirahət məkanı deyil, eyni
zamanda hər kəsin öz istedadını ortaya qoya və populyarlıq qazana bildiyi bir
platformadır; burada kiçik bizneslər müştərilərini tapır, tematik və maarifləndirici
təşəbbüslər həyata keçirilir, milli koloritə malik kontent isə tövsiyələrdə ön
sıralara yüksəlir. Gəlin, TikTok istifadəçilərinin bu ili necə
formalaşdırdığını bir daha xatırlayaq!
Yenə də yemək: kulinariya kontentinin parlaq müəllifləri
·
@dadlidir.az
– fərqli və dadlı yeməklər hazırlayır;
·
@foodie_moodie_n
– yeməyi və bişirməyi sevən, bir-birindən dadlı reseptləri bölüşən yaradıcı;
·
@easyandtasty.ph
- qısa və dinamik videolar vasitəsilə yemək bişirmə prosesini addım-addım izah
edir;
·
@jeyhunabadov
– peşəkar aşpazın iştah açıcı səhifəsi;
·
@esya_mustafazadeh
– yaradıcı, yemək bişirməyi asan, maraqlı və hər kəs üçün əlçatan göstərir;
·
@fehtiram
– möhtəşəm reseptlər, keyfiyyətli təqdimat və işinə sevgi;
·
@coookholic
- Ləzzətli yemək paylaşımları ilə seçilən bu səhifə, sadə reseptlərdən tutmuş
maraqlı dad kombinasiyalarına qədər mətbəx ilhamı təqdim edir.
·
@shabi_faraj
– kənd həyatı və ev mətbəxinin səmimiliyini və dadlarını əks etdirir;
·
@imhungry.az
– qeyri-adi yemək və şirniyyatlar hazırlayan yaradıcısı;
·
@littlestrawberrykitchen
- yeməklərin hazırlanmasını vizual baxımdan cəlbedici və izləyicini cəlb edən
formada təqdim edir.
TikTok-da öyrən: Azərbaycanda maarifləndirici
kontentin ən maraqlı müəllifləri
·
@lingoaz
— lüğət ehtiyatını və qrammatikanı inkişaf etdirməyə kömək edən, asan
qavranılan ingilis dili dərsləri hazırlayır;
·
@rusdilimarafon
— hər gün istifadəçilərə yeni söz və ifadələri öyrənməyə kömək edən rus dili
müəllimidir;
·
@rusmaster.rusdili
— rus dilinin qrammatikasındakı incə məqamları izah edir;
·
@vugar_mammadov
— yumor, əyləncəli səhnəciklər və kreativ təqdimatla ingilis dilini maraqlı
şəkildə öyrədir;
·
@aidaaydin — Azərbaycan
dilində nitq və diksiya üzrə təlimçi;
·
@riyaziyyatonlinee
— riyazi məsələlərin həlli üçün ətraflı izahlar və faydalı “layfhak”lar
paylaşır;
·
@madam.fufu555
— eyni anda üç dili — çin, koreya və yapon dillərini öyrənməyə kömək edən
poliqlot müəllimdir.
·
@alishk.a — avtomobil
səyahətləri və Bakı ətrafında istirahət məkanlarıı haqqında kontent üzrə
ixtisaslaşıb;
·
@dailybaku — paytaxtın
maraqlı istirahət məkanları, restoranları və gözəl mənzərələrə malik məkanlar
haqqında video paylaşır;
·
@vahidhasti
— düşərgə istirahətini təbliğ edən və Azərbaycanın təbiət gözəlliklərini
nümayiş etdirən səyahət edən cütlük;
·
@victoriarazminovich
— əslən latviyalı olan bir xanımın gözü ilə Bakıda həyat: şəhərdəki məkanlara
baxış;
·
@elcin.tahmazov
— kontent müxtəlifliyi ilə seçilən müəllif: ölkə üzrə səyahət tövsiyələri verir
və mədəni məkanlardan ekstremal idman növlərinədək geniş mövzuları əhatə edir;
·
@ayaz__kara
— Azərbaycanda daxili turizmin imkanlarının zənginliyini nümayiş etdirir: onun
hesabında adi turizm bələdçilərindən daha ətraflı məlumat tapmaq mümkündür;
·
@kampinist.az
— düşərgə, təbiət və açıq hava səyahətləri ilə bağlı faydalı məlumatlar və
tövsiyələr paylaşır;
·
@orkhanhu — dron
çəkilişləri vasitəsilə doğma ölkənin gözəlliklərini göstərir və istifadəçiləri
səyahətə həvəsləndirir.
·
@mira_ressam
- bu rəssam öz əsərləri vasitəsilə yaradıcılıq prosesini izləyicilərə
yaxınlaşdırır və sənəti hər kəs üçün anlaşılan, cəlbedici formatda təqdim edir.
·
@humayqadimova86 - milli musiqi
irsimizi müasir formatda təqdim edərək sənətə gənc auditoriyanın marağını
artırır.
·
@baylarlii -
gənc tarzənin səhifəsi milli musiqimizi dinamik ifa
və müasir vizual təqdimatla gənc auditoriyaya sevdirir.
·
@zekiveliyev - milli musiqi
ənənələrini müasir təqdimatla birləşdirərək tar sənətinin gənc nəsil arasında
tanıdılmasına və mədəni irsimizin qorunmasına xidmət edir.
·
@reqsdersleri - rəqs sənətini geniş
auditoriyaya əlçatan edərək hərəkət mədəniyyətinin yayılmasına və müasir mədəni
ifadə formalarının inkişafına töhfə verir.
·
@purplesevinjsefail - klassik və müasir
Azərbaycan şairlərinin əsərlərini yeni auditoriyaya təqdim edərək ədəbi
irsimizin yaşadılmasına və mədəniyyətimizin davamlı inkişafına dəstək verir.
·
@millipapaq_azerbaijan - ənənəvi sənətkarlığı
müasir auditoriyaya çatdıraraq milli geyim mədəniyyətimizin qorunmasına və
inkişafına mühüm töhfə verir.
·
@nihatstylist – Məşhur
stilistlərdən biri; Zövqlü və dəbli saç modelləri ilə izləyiciləri arasında
kifayət qədər tanınır.
·
@mammadov.murad – Zərif, maraqlı və original əl işləri ilə diqqət
çəkir;
·
@ferman_51 –
bu rəssam yaradıcılıq
prosesini və əsərlərini geniş auditoriyaya təqdim edərək incəsənətə marağı
artırır və şəxsi brendinin inkişafına dəstək olur.
·
@gamarjoba.restoran.333 –
Məşhur gürcü təamlarını təqdim edən restoran;
·
@stilist.emil – məşhur stilistlərdən olub xanımlara necə saç
düzümünün, rənginin yaraşacağını tövsiyə edib daha sonra icra edir.
·
@halvacimacid –
müxtəlif növ halva, şirniyyat məhsullarını nümayiş etdirir, bir neçə filialında
satışını həyata keçirir.
·
@eldar_aghayev_design_- Zövqlü interyer dizayn, təmir tə tikinti işləri
ilə seçilir, eyni zamanda bu sahə üzrə maarifləndirici m2əlumatlar bölüşür
·
@strafor_kesim – Toy və müxtəlif tədbirlərin dekorasiyasını edən
zövlq və unikal işləri ilə seçilən şirkətlərdən biri;
·
@sacriaatelier –
Müxtəlif aksesuarların hazırlanması və satışı ilə məşğul olan yaradıcı
hesablarından biri;
·
@raufmukhtarof –
Zövqlü və keyfiyyətli dəri aksesuarları hazırlayan sənətkar hesabı.
#Novruz2025:
Milli mədəniyyətin təşviqi
Bu il platforma ilk dəfə olaraq bahar
bayramı olan Novruzu Azərbaycandakı icması ilə birlikdə qeyd edib. TikTok
genişmiqyaslı bayram onlayn festivalı üçün bir platformaya çevrildi: #Novruz2025
həştəqi ilə istifadəçilər bayrama necə hazırlaşdıqlarını və onu necə qeyd
etdiklərini əks etdirən 12 mindən çox video hazırladılar, bayram
təamlarının reseptlərini paylaşdılar və ölkələrinin ənənələrinin gözəlliyini
nümayiş etdirdilər. TikTok-da keçirilən onlayn festival Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutdu.
İstifadəçilərin rəqəmsal təhlükəsizliyinin və
rifahının gücləndirilməsi
TikTok platformada təhlükəsizlik
və istifadəçi rifahı alətlərinin inkişafını aktiv şəkildə davam etdirərək daha
rahat və təhlükəsiz rəqəmsal mühit formalaşdırıb. Platforma İcma Qaydalarını
yeniləyərək sadələşdirib, yeniyetmələrin qorunmasına və sağlam rəqəmsal
vərdişlərin formalaşdırılmasına yönəlmiş funksiyaları genişləndirib, həmçinin
təsdiqləyici ifadələr, sakitləşdirici səslər və nəfəs məşqlərini əhatə edən “Vaxt
və rifah” bölməsini istifadəyə verib.
Bununla yanaşı, müəlliflər üçün
alətlər də təkmilləşdirilib — şərhlərin idarə olunmasından və LIVE yayımlarında
kontentin nəzarətindən tutmuş, paylaşımların əvvəlcədən yoxlanılmasına və
mesajlarla işləmək üçün yenilənmiş funksiyalara qədər. Eyni zamanda, TikTok
məşhur kreatorlarla birgə hazırlanmış, rəqəmsal savadlılığa həsr olunmuş ilk
azərbaycandilli maarifləndirici layihəsini — #ÖncəTəhlükəsizlik layihəsini təqdim edib.
#AzərbaycanMüəllimləri:
maarifləndirici kontentə marağın artması
TikTok #AzərbaycanMüəllimləri adlı ilk
müsabiqəyə təşəbbüs göstərib və onu Azərbaycan Respublikasının Elm və Təhsil
Nazirliyinin dəstəyi ilə həyata keçirib. Müsabiqə biliklərin və maarifləndirici
kontentin təbliği üçün kreativ formatlarla eksperiment etməkdən çəkinməyən, ölkənin
müxtəlif bölgələrindən yüzlərlə istedadlı müəllimi bir araya gətirib.
Layihədə iştirak üçün ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də
kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri dəvət olunub — onlar
platformada öz fənləri üzrə maarifləndirici videolar paylaşıblar. Layihənin nəticələrinə
əsasən, rəsmi #AzərbaycanMüəllimləri həştəqi
altında paylaşılan tədris videolarının sayı 4 mindən çox olub.
“Bu il, biliklərin yayılmasına, mədəni irsin qorunmasına və müsbət rəqəmsal
mühitin formalaşdırılmasına töhfə verən yaradıcı və maarifləndirici kontentin təsir
gücünün nə qədər böyük olduğunu açıq şəkildə ortaya qoydu. Azərbaycanda Novruz
bayramına həsr olunmuş ilk festivalımız platformada ilin ən böyük mədəni hadisəsinə
çevrildi; ölkənin hər yerindən müəllimlər yaradıcılıqlarını sınamaq və biliklərini
yüz minlərlə istifadəçi ilə bölüşmək imkanı əldə etdilər, sahibkarlar isə
bizneslərini inkişaf etdirmək üçün TikTok-un imkanlarından istifadəni davam
etdirdilər. Biz bundan sonra da müəllifləri dəstəkləməyə, mədəniyyət, təhsil və
rəqəmsal savadlılıq sahələrində təşəbbüsləri inkişaf etdirməyə, həmçinin
istifadəçilərin rahat mühitdə özlərini sərbəst və yaradıcı şəkildə ifadə etmələrinə
dəstək verməyə davam edəcəyik”, — deyə TikTok-un Azərbaycan, Türkiyə, Şərqi
Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar departamentinin rəhbəri Melis Çağlar
bildirib.
TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir.
Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş
etməkdir.