Qarabağ Universitetində çalışan bütün əməkdaşlara Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar mükafat verilib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı universitetin rektoru Şahin Bayramov əmr imzalayıb.
Əmrə əsasən, universitetin bütün əməkdaşlarına 500 manat mükafat verilib.