Külli miqdarda dərman vasitəsinin Azərbaycana gətirilməsinin qarşısı alındı - VİDEO 

16:10 - 21 Dekabr 2025

Külli miqdarda dərman vasitəsinin Azərbaycana gətirilməsinin qarşısı alındı - VİDEO 

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.


Bu barədə Manset.az-a Dövlət Gömrük Komitəsindən bildirilib

Məlumata görə, "Mazımqara" gömrük postunda Türkiyə Respublikasından Azərbaycana "günəbaxan yağı" yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yükə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 83000 ədəd dərman və tibbi vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az