Ölkənin ilk rəqəmsal bankı Birbank-la ictimai nəqliyyatda
rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi istiqamətində mühüm mərhələ
yekunlaşıb. Belə ki, Birbank-ın tətbiq etdiyi texnoloji dəstək sayəsində “Baku
Bus” MMC də daxil olmaqla, Bakı şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus
marşrutlarında və “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında təmassız
ödəniş (NFC) texnologiyasını tətbiq etmək mümkün olub.
“K Group” MMC (BakıKart) ilə əməkdaşlıq sayəsində baş tutan
layihə uğurla sona çatıb. Beləliklə bu gündən etibarən Bakı şəhərində ictimai
nəqliyyatdan istifadə edən hər kəs gediş haqqını bütün banklara məxsus təməssız
ödənişi dəstəkləyən (NFC) yerli bank kartları ilə ödəyə bilər. Bununla da
paytaxtın ictimai nəqliyyat sistemində tam rəqəmsal ödəniş mühiti
formalaşdırılıb.
Yenilik təkcə Kapital Bank/Birbank müştərilərini deyil,
bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız
ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem “Apple Pay”, “Google Pay” ödəniş
sistemləri ilə yanaşı, “Birbank”, “BakıKart” və “m10” ödənişlərini dəstəkləməyə
davam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim
edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 115 filial və 52 şöbədən ibarət Azərbaycanda
ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək
ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və
PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq
fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün birbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz.