Bu şəhərdə 600 abonentin qazı kəsiləcək

11:57 - 30 Dekabr 2025

Bu şəhərdə 600 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında fasilə olacaq.


"Azəriqaz" İB Sumqayıt QİS-dən Manset.az-a verilən məlumata görə, bu gün şəhərin Yaşıldərə yaşayış massivinin bir hissəsində d89 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar 11:00-dan etibarən qeyd olunan ərazidə ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdırıldıqdan sonra bərpa ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az