logo
logo logo
logo

SABAH Festivalında gənc dizaynerlərin dəfiləsi maraqla qarşılandı - FOTOLAR

19:54 - 01 İyul 2026

SABAH Festivalında gənc dizaynerlərin dəfiləsi maraqla qarşılandı - FOTOLAR

SABAH İncəsənət Festivalı çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının SABAH qruplarında təhsil alan tələbələrin hazırladıqları geyim kolleksiyasından ibarət dəfilə nümayiş etdirilib.


Manset.az xəbər verir ki, gənc dizaynerlərin moda dizaynı sahəsində ərsəyə gətirdikləri yaradıcı işlər təqdim olunub. Kolleksiyada müasir moda tendensiyaları ilə bədii düşüncənin sintezini əks etdirən nümunələr yer alıb.

Nümayiş zamanı tələbələrin fərdi dizayn yanaşması, müxtəlif materiallardan yaradıcı şəkildə istifadə bacarığı, eləcə də forma və rəng həllərində tətbiq etdikləri müasir üslub tamaşaçıların diqqətini cəlb edib. Geyimlər estetik baxımdan fərqlənməklə yanaşı, gənc müəlliflərin yaradıcılıq potensialını da nümayiş etdirib.

Qeyd edək ki, dəfilə SABAH İncəsənət Festivalının proqramı çərçivəsində təşkil olunub və festivalın əsas məqsədlərindən biri tələbələrin yaradıcılıq nailiyyətlərini geniş ictimaiyyətə təqdim etmək, onların peşəkar inkişafına dəstək verməkdir. 


Fidan Vəlisoy 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az