Lənkəranda kənd təsərrüfatı və aqroturizm potensialının tanıdılması məqsədilə növbəti media-tur start götürüb.
Manset.az xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə keçirilən media-tur “Şəhərdən Kəndə” layihəsi çərçivəsində həyata keçirilir.
İki gün davam edəcək səfərin məqsədi jurnalistləri bölgədə fəaliyyət göstərən təsərrüfatlarla, aqroturizm imkanları və fermerlərə göstərilən dövlət dəstəyi ilə yaxından tanış etməkdir.
Proqram çərçivəsində media nümayəndələri Lənkərandakı “Arıçılıq Muzeyi”, “Citrus Valley” (Sitrus Vadisi) və “Leynə Co” təsərrüfatına baş çəkəcəklər. Səfər zamanı jurnalistlər təsərrüfat rəhbərləri və fermerlərlə görüşəcək, istehsal prosesini izləyəcək, həmçinin bölgənin aqrar potensialı və inkişaf dinamikası barədə yerindən reportajlar hazırlayacaqlar.