Paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-ü günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq.
Manset.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunmasıdır.