logo
logo logo
logo

Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi - VİDEO

16:59 - 02 İyul 2026

Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün İlduzə Hacıyevaya (Arzum) hökm oxunub. O, ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 2 ay azadlıqdan məhrum edilib.

Manset.az xəbər verir ki, hökmdən sonra Arzumun atası Elmar Hacıyev məhkəmə binası önündə aqressiv fikirlər səsləndirib. O, hətta qəzada həlak olan və xəsarət alan şəxslərin yaxınlarını təhqir etməkdən belə çəkinməyib.

Tiktokerin atasının zərərçəkmiş tərəfə qarğış dolu sözləri sosial şəbəkələrdə qınaq doğurub. Bu məqamda onun daha əvvəl də sosial şəbəkə üzərindən zərərçəkmiş şəxslərin ünvanına nalayiq fikirlər səsləndirdiyi xatırladılıb. Bundan əlavə, Arzumun digər yaxınları da qəzada ölən şəxs haqda “narkoman idi”, “həbs edilmişdi” kimi sözlər işlədiblər.

Bu məsələlər isə hazırkı məhkəməyə aid olmadığı üçün gələcəkdə böhtan kimi qiymətləndirilə bilər.

Həmin videonu təqdim edirik:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az