logo
logo logo
logo

Bəzi ərazilərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

11:17 - 05 İyul 2026

Bəzi ərazilərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb. Yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.


Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 18, Daşkəsəndə 17, Lerikdə 10, Gəncədə 9, Göygöl, Tovuzda 5, Balakəndə 4, Şəmkir, Şahbuzda 3, Cəbrayılda 2, Naxçıvan, Culfa, Qax, Zaqatala, Oğuz, İsmayıllı, Xaltan, Şahdağ, Mingəçevir, Göyçay, Yardımlı, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Naftalanda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 15 m/s-yə çatır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az