Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobillə “Chevrolet” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.