logo
logo logo
logo

Artığı orqanizmə ziyandır

01:30 - 08 Avqust 2026

Artığı orqanizmə ziyandır

Selenyum immun sistemindən tiroid və beyin funksiyalarına qədər orqanizmdə mühüm rol oynayan minerallardan biridir. Lakin mütəxəssislər onun əlavələrinin nəzarətsiz qəbulunun ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.


Manset.az Axşam.az-a istinadən xəbər verir ki, həkimlərin sözlərinə görə, selenyumun gündəlik ehtiyacı qidalar vasitəsilə rahatlıqla ödənilə bilər. Bu mineralın əsas mənbələri Braziliya qozu, ton balığı, sardina, istiridyə, toyuq əti, yumurta, süd məhsulları, paxlalılar, yulaf, qəhvəyi düyü və balqabaq tumudur.

Mütəxəssislər bildirirlər ki, qidalarla qəbul edilən selenyum təhlükəsiz hesab olunur və orqanizmdə zəhərlənmə yaratmır. Əksinə, həkim məsləhəti olmadan qəbul edilən yüksək dozalı selenyum əlavələri saç tökülməsi, dəri problemləri, selenyum zəhərlənməsi, 2-ci tip diabet, həmçinin bəzi xərçəng növlərinin yaranma riskini artıra bilər.

Xüsusilə qalxanabənzər vəz (tiroid) xəstələrinə qan analizində selenyum çatışmazlığı təsdiqlənmədiyi halda bu mineralı əlavə şəklində qəbul etməmələri tövsiyə olunur. Selenyum preparatları yalnız həkim nəzarəti altında və ehtiyac olduqda istifadə edilməlidir.

Mütəxəssislər sağlamlığın qorunması üçün müxtəlif və balanslı qidalanmanın, lazımsız vitamin və mineral əlavələrindən isə uzaq durmağın vacibliyini vurğulayırlar. əslində niyə oxumaq olmaz ki? Hər sahədə hər şey, amma hər şeyi bizim üstümüzə yazırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az