logo
logo logo
logo

Bu zənglərə aldanmayın! - DİN-dən çağırış

14:12 - 02 Sentyabr 2026

Bu zənglərə aldanmayın! - DİN-dən çağırış

Kiberdələduzlar tərəfindən müxtəlif dövlət qurumlarının adından vətəndaşlara zəng edilərək bank hesablarında olan pul vəsaitlərinin təhlükəsizliyi bəhanəsi ilə onların digər hesablara köçürülməsi barədə saxta məlumatlar verilir.


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

DİN vətəndaşları müxtəlif xarici ölkələrdən dövlət qurumlarının adından edilən zəng və göndərilən mesajlara qarşı diqqətli olmağa, şəxsi və bank məlumatlarını qarşı tərəfə təqdim etməməyə, mobil telefonlarına göndərilən təsdiq kodlarını paylaşmamağa, tanımadıqları keçidlərə daxil olmamağa, eləcə də bu cür müraciətlər əsasında hər hansı ödəniş və ya maliyyə əməliyyatı həyata keçirməməyə çağırır.

Unutmaq olmaz ki, dövlət qurumları vətəndaşlardan zəng, sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə bank kartlarının məxfi məlumatlarını, CVV/CVC və OTP kodlarını tələb etmirlər. Bu məlumatların kənar şəxslərə ötürülməsi bank hesablarındakı pul vəsaitlərinin oğurlanması ilə nəticələnə bilər. Kiberdələduzluqla bağlı hər hansı halla qarşılaşdığınız zaman “102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərsiniz.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az