logo
logo logo
logo

Yardımlının dağlarında qədim dəfn sirləri - FOTO/VİDEO

13:34 - 04 Sentyabr 2026

Yardımlının dağlarında qədim dəfn sirləri - FOTO/VİDEO

Yardımlının yüksək dağlıq ərazilərində arxeoloji qazıntılar zamanı qədim dəfn adətlərinə dair yeni faktlar üzə çıxarılıb. 


Manset.az xəbər verir ki? Ökü  kurqanlarında aparılan tədqiqatlar nəticəsində insan qalıqları, saxsı qab fraqmentləri və ritual xarakterli əşyalar aşkarlanıb. Tapıntıların bölgədə Son Tunc və Erkən Dəmir dövründə yaşamış tayfaların həyat tərzi və inancları barədə mühüm məlumat verəcəyi gözlənilir. 12 nəfərlik arxeoloji heyətin Ökü kurqanındakı qazıntıları avqustun sonlarından başlayıb. Əkin sahələrinin arasında yerləşən abidənin üst qatında, təxminən 40 santimetr dərinlikdən sonra insan skeleti və saxsı qab fraqmentləri aşkarlanıb.


Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elm işçisi tarix üzrə professor və doktoru dosenti Anar Ağalarzadənin rəhbərliyi ilə avqust ayından araşdırmaya  başlanılıb. 

İlkin tapıntılar kurqanın e.ə. IX-X əsrlərdə də istifadə olunduğunu göstərir. Lakin tədqiqat hələ başa çatmayıb. Arxeoloqlar mərkəzi kameraya doğru irəlilədikcə daha qədim dəfnlərin üzə çıxacağını istisna etmirlər.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutun- aparıcı elmi işçisi-antropoloq-Dmitriy Kiriçenko Manşet.az bildirir ki. 

Ökü kurqanı yüksək dağlıq ərazidə tədqiq olunan ilk iri ölçülü kurqan kimi də diqqət çəkir. Ətrafda bu tipli daha 10-a yaxın kurqan qeydə alınıb.Kurqanın örtüyündən tapılan yalnız insan qalıqları deyil. Daşdan hazırlanmış əmək aləti və ritual xarakterli olduğu ehtimal edilən nazik daş lövhə də tədqiqatçıların diqqətini çəkib. 

Qeyd edək ki, arxeoloqların fikirincə nəticələrin bölgənin Son Tunc və Erkən Dəmir dövrü mədəniyyətinə dair yeni elmi məlumatlar ortaya çıxaracağı gözlənilir. Tətqiqat işləri ayın sonuna qədər aparılacaq. 

Nuranə Alisoy





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az