Naxçıvan-Bakı marşrutu üzrə əlavə reys təyin edildi - Manset.az yazandan sonra

18:25 - 03 İyul 2021

Naxçıvan-Bakı marşrutu üzrə əlavə reys təyin edildi - Manset.az yazandan sonra

Xəbər verdiyimiz kimi bir neçə müddətdir insanlar Bakıdan Naxçıvana getmək və əks istiqamətdə  üçün bilet tapa bilmir. 

Məsələ ilə bağlı Manset.az-a açıqlama verən AZAL-ın vitse-prezidenti Sabir İlyasov problemin artıq həll olunduğunu bildirib:

“Biz imkanımız daxilində reyslərin sayını artırmağa qərar vermişik. Artıq bu gün Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə bir reys təyin edib. Gecə saatlarında həmin təyyarə Naxçıvandan Bakı istiqamətində ucuş həyata keçirəcək”.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv