logo
logo logo
logo

Palata yoldaşını boğaraq öldürən şəxsə cəza verilmədi - SƏBƏB

10:52 - 20 Noyabr 2026

Palata yoldaşını boğaraq öldürən şəxsə cəza verilmədi - SƏBƏB

Gəncədə xəstəxanada palata yoldaşını öldürməkdə təqsirləndirilən Zaur Mustafayevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs cinayət əməlini anlaqsız vəziyyətdə törədib və cinayət məsuliyyətindən azad edilib. Onun barəsində "ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə" növündə tibbi xarakterli tədbir təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Səhiyyə Nazirliyinin tabeliyindəki Gəncə Psixiatriya Xəstəxanasında baş verib.

İttihama görə, Zaur Mustafayev palata yoldaşı Miri İsmayılovu aldadaraq qolları arxadan bağlanmış vəziyyətdə çörək yeyə biləcəyini yoxlamaq istədiyini deyib. O, palatadakı çarpayıların üzərindəki iki döşəyin kənarlarından götürdüyü ipdən kəndir kimi istifadə edərək Miri İsmayılovun əl-qolunu bağlayıb və onu çarpayıya uzadıb.

Daha sonra Z.Mustafayev M.İsmayılovu kəndirlə boğaraq öldürüb.

Zaur Mustafayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az