logo
logo logo
logo

Gümrah oyanmağın sirri - Vacib tövsiyə

08:30 - 28 Noyabr 2026

Gümrah oyanmağın sirri - Vacib tövsiyə

Yuxudan gümrah oyanmaq üçün təkcə neçə saat yatmaq deyil, yuxu rejiminə necə əməl etmək də vacibdir. Hər gün eyni vaxtda yatıb oyanmaq orqanizmin bioloji ritmini tənzimləyir və səhərlər daha rahat oyanmağa kömək edir.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, rusiyalı yuxu mütəxəssisi, tibb elmləri doktoru Roman Buzunov bu məsələyə aydınlıq gətirib.

Həkimin sözlərinə görə, insan müntəzəm yuxu rejiminə əməl etdikdə orqanizm oyanma vaxtına əvvəlcədən uyğunlaşır. Nəticədə bəzi insanlar zəngli saatın çalmasına bir neçə dəqiqə qalmış özlərini yaxşı hiss edərək yuxudan oyana bilirlər.

Mütəxəssis bildirib ki, internetdəki yuxu kalkulyatorları oyanmaq üçün ən uyğun vaxtı dəqiq müəyyənləşdirməyə imkan vermir. Çünki yuxu dövrlərinin müddəti hər insanda fərqlidir. Bundan başqa, bu hesablamalar insanın yuxuya getməsi üçün nə qədər vaxt sərf etdiyini də nəzərə almır.

Həkim qeyd edib ki, qeyri-müntəzəm yuxu qrafiki orqanizmin bioloji ritminə mənfi təsir göstərir. Buna görə də insanın gecə həyatı yaşamağa üstünlük verməsindən və ya səhərlər erkən oyanmasından asılı olmayaraq, yatmaq və oyanmaq üçün sabit saat müəyyənləşdirməsi tövsiyə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az