logo
logo logo
logo

“Sədərək” və “Binə” bağlanır?

10:24 - 28 Noyabr 2026

“Sədərək” və “Binə” bağlanır?

“Sədərək” və “Binə” ticarət mərkəzlərinin “Abşeron” Ticarət Mərkəzinə köçürüləcəyi ilə bağlı iddia yayılıb. Bildirilib ki, hər iki ticarət mərkəzinin yerində universitet tikiləcək.


Manset.az xəbər verir ki, “Sədərək” Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim məsələ ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, ticarət mərkəzi fəaliyyətini əvvəlki qaydada davam etdirir:

“Birmənalı olaraq vurğulayıram ki, bu, tamamilə əsassız və yanlış məlumatdır, dezinformasiyadır. “Sədərək” Ticarət Mərkəzi hələ də öz fəaliyyətini davam etdirir, işlər əvvəlki qaydada gedir. Sahibkarlara və ictimaiyyətə müraciət edirəm ki, narahatlığa əsas yoxdur”.

K.Qədim əlavə edib ki, yayılan məlumatlar sahibkarlar və ictimaiyyət arasında çaşqınlıq yaradıb.

“Binə” Ticarət Mərkəzində çalışan sahibkarlardan biri də deyilənləri təkzib edib:

“Bizə belə bir tapşırıq verilməyib. Bu haqda məlumatımız da yoxdur”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az