İnanın ki, rəsmi xəbərdir. İyulun 1-də Sabirabad rayonunun Qaratoğay kəndində eyni anda iki məscid yandırılıb. Məscidləri kənd sakinləri olan Fuad və Şahbaz Nəbiyev qardaşlarının yandırıb.
Manset.az xəbər verir ki, İlk istintaqda müəyyən edilib ki, bu qardaşlar öz ata evlərinin yaxınlığında yerləşən məscidə nəzarət edirmişlər. Orada yığılan nəzir və sədəqələri həmin qardaşlar götürürmüş.
Qardaşlardan biri məscidə rəhbərlik edib. Məscid köhnə və təmirə ehtiyacı olduğuna görə insanlar son zamanlar ora gəlməyiblər. Kənd sakinləri daha çox tam təmirli olan digər məscidi ziyarət edirmiş.
Buna görə də qardaşlar əhalinin digər məscidə çox getməsi səbəbindən hər iki məscidi yandırıblar. Yanğından sonra məscidlərin kənd camaatı tərəfindən eyni cür təmir olunacağını güman ediblər. Əvvəlcədən belə qərara gəliblər ki, ikisi də yansa, heç kim bunlardan şübhələnməyəcək".
Bu sözləri özünün facebook səhifəsində Milli Məclisin deputatı Fazil Mustafa yazıb. Deputat daha sonra qeyd edib ki, burda qəribə heç nə baş verməyib:
"Bizdə el arasında məscidə "Allahın evi" adını versələr də, Allahla ən az əlaqəsi olan yer də bir çox hallarda məscidlərdir. Allahın evi cəhalət yuvası ola bilməz, dedi-qodu yeri ola bilməz, Allahın adı ilə din lotuları üçün nəzir, sədəqə yığılmaz, mollaların savadsız, cahil insanları din adına aldatdığı yer ola bilməz, ayrı-ayrı məzhəblərdən olan müsəlmanların əzan üstündə, namaz üstündə münaqişə yaşadığı yer ola bilməz. Dünən yolüstü namaz üçün Bibiheybət məscidinə girdim, orada ona yaxın qadının ortadakı qəbirin reşotkasına başını sürtüb ağlaşdığını gördüm. Danabaş kəndi indi daha da böyüyüb Danabaş şəhərinə çevrilib. Həm də 21-ci yüzildə kütləvi şəkildə yanlış dinin danabaşlaşdırdığı insan kütləsi çoxalıb. Əslində ölkəmizdə məscidlərin hamısı yandırılıb, tüstüsünü görmürsünüz. Allahın adından başqa Allaha aid çox az şeylər taparsınız burada. İndi məscidə nəzarət edən iki qardaş həm də cəmiyyət içində, kənd içində dindar sayılırlar. Həm də insanların illərdir din adına verdikləri nəzirlərlə, sədəqələrlə imkan sahibinə çevrilmiş dindarlardır. Dindarı məscidi yandırmağa adi iş kimi baxırsa, dini ibadətin də bir vərdişdən, bir statusdan, bir saxtakarlıqdan qaynaqlandığını rahatca söyləmək olar. Burada eyni zamanda məscidin yanmağının fəzilətindən də danışmaq mümkündür. Həm də o halda danışmaq mümkündür ki, yanmış məsciddə bitlər təmizlənsin, fitnələr təmizlənsin, ibadətlər səmimiləşsin. Əməlindən bixəbər olduğunuz ölülərin qəbrinə, qəbrinin reşotkasına başınızı sürtmək yerinə gedib Fəxri Xiyabanda Mirzə Cəlilin məzarının sinə daşına başınıız söykəyib bir neçə dəqiqəliyə qulaq verin. Elə faydalı sözlər eşidəcəksiniz ki, içiniz alışıb yanacaqdır.
Nə deyim, istintaq orqanlarına tövsiyyəm odur ki, o qardaşlarla işləri olmasın. Məscidlərin ikisi də özləri yanıb. Azərbaycan adlanan məmləkətdə bu qədər insanın içində, beynində yaşatdığı cahilliyə, nadanlığa, xurafata məscid dözər?"/Yenisabah.az
“Allahla ən az əlaqəsi olan yer məscidlərdir“ - Deputat
01:21 - 08 İyul 2021
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
14 İyul 2026 - 10:15
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
13 İyul 2026 - 22:51
“Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı - VİDEO
13 İyul 2026 - 22:34
Bakıda maşında meyit tapıldı
13 İyul 2026 - 23:51
Bakıda “Chevrolet” və “Tesla” toqquşdu
13 İyul 2026 - 21:53
Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir
13 İyul 2026 - 21:16
Yanan ərazilərdə minalar partlayır
13 İyul 2026 - 22:17
Ukraynanın Baş naziri istefa verdi
13 İyul 2026 - 23:47
"Neftçi" "Osiyek"ə uduzdu
13 İyul 2026 - 21:33
Slovakiya Prezidenti Azərbaycandadır - FOTO
13 İyul 2026 - 23:18
Rəqsanə Qubada konsert verdi
13 İyul 2026 - 23:31
Venesuelada zəlzələlərdə ölənlərin sayı ARTDI
14 İyul 2026 - 00:30
Qəhvənin acılığını bu yolla azaltmaq olar
Xəbər xətti
- 14 İyul 2026
- 19:32 Gəncədə 6 nəfər zəhərləndi - 2-si azyaşlıdır
- 19:16 "İlham Əliyev Şuşadan yeni geosiyasi reallıqları dünyaya bəyan etdi" - Deputat
- 18:58 Araz Əhmədov şəhid mayor Anar Novruzovun məzarını ziyarət etdi - FOTO
- 18:49 Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilir
- 18:31 Hazırda 13 yolda tıxac var - SİYAHI
- 18:15 Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir - FOTO
- 17:55 Ukrayna hökuməti istefaya göndərildi
- 17:23 ABŞ-də məşhur şirkəti məhkəməyə verdilər - SƏBƏB
- 17:19 Bacısının cəsədi ilə 1 həftə eyni evdə qaldı - Dəhşətli hadisə
- 17:14 Avropa əhalisi kəskin azalacaq - PROQNOZ
- 17:12 Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
- 17:05 Sabiq icra başçısının həbs müddəti uzadıldı
- 16:39 Fransada dəhşətli meşə yanğınları davam edir
- 16:30 Rusiyadan Ukrayna ilə təhlükəsizliyə dair AÇIQLAMA
- 16:21 “Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”
- 16:17 "Hörmüz boğazı ABŞ-nin təzyiqləri ilə açılmayacaq" - İran
- 16:02 “Azərbaycan beynəlxalq informasiya gündəliyinin formalaşmasına töhfə verir”
- 16:01 Venesuelada zəlzələdə ölənlərin sayı 4500-ü keçdi
- 15:52 Peter Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi
- 15:45 Cəmilə İsmayılzadəyə Qarabağda yüksək vəzifə verildi
- 15:27 Abşeronda tədbir keçirildi - FOTOLAR
- 15:00 Bu ərazilərdə güclü külək olacaq - XƏBƏRDARLIQ
- 14:36 "Beşiktaş"dan ona 8 milyonluq TƏKLİF - FOTO
- 14:26 İlham Əliyev Slovakiya prezidentini təəccübləndirdi
- 14:20 İlham Əliyev və Pelleqrini Baş Qərvənddə - FOTOLAR
- 14:10 Xaləddin İsgəndərovun bacısı oğlu və Elçin İbrahimov barədə İLGİNC İDDİA
- 14:06 Pilotu səmada yazdığı sözə görə istirahətə göndərdilər - FOTO
- 13:54 “AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi - FOTOLAR
- 13:50 Şuşa Qlobal Media Forumu - Yeni çağırışların müzakirə məkanı
- 13:43 Bakıda həyəcan siqnalı - Avtomobil və avtobuslar niyə qəfil alışır?
- 13:36 Azərbaycanın strateji baxışı Şuşadan dünyaya çatdırıldı
- 13:35 Bu ərazilərdə iyul pensiyaları ödənildi
- 13:17 Prezidentlərin Şuşa görüşündən video paylaşıldı
- 13:07 “Azərsun Holdinq” Milli mətbuat Günü münasibəti ilə tədbir keçirdi - FOTOLAR
- 13:05 Zaur Nəbioğlu mətbuat katibi təyin olundu
- 12:37 Deputatlar tətilə çıxdılar
- 12:23 Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
- 12:12 "Süni intellekt artıq reallığa çevrilib"
- 12:00 AccessBank 2026-cı ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
- 11:42 Braziliya Prezidentindən Trampa SƏRT SÖZLƏR
- 11:40 Bakıda bu marşrutun hərəkət istiqaməti dəyişdirilir
- 11:33 Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
- 11:24 Avropanın 10 ölkəsi Anti-Ballistik Raket Koalisiyası yaratdı
- 11:17 Azərbaycanda Media və Yayım Şurası yaradılır
- 11:15 İlham Əliyev Makronu təbrik etdi
- 11:12 Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
- 11:09 Ombudsman Vergi Xidmətinin saxlanma şəraitini yoxladı - FOTO
- 11:00 Prezidentlər geniş tərkibdə görüşdü - FOTOLAR
- 11:00 Putin Ukraynaya gözdağı verdi
- 10:58 Qazıntılar altından 2200 illik gizli şəhər çıxdı - FOTOLAR
- 10:53 Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşdü - FOTO