Vətən müharibəsi şəhidi polkovnik-leytenant Sadiq Məmmədovun anası Səadət Məmmədova Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevdən və bələdiyyə sədri Eyvaz Orucovdan narazı olduğunu bildirib.
Manset.az xəbər verir ki, şəhid anası 6 nəfər ailə üzvü ilə birlikdə şəraətsiz evdə yaşadıqlarını deyib.
S.Məmmədova bildirib ki, torpaq üçün müraciət edən zaman bələdiyyə sədri Eyvaz Orucov onlardan rüşvət istəyib:
“Torpaq üçün müraciət edəndə Eyvaz Orucov bizdən 3500 manat pul istədi. Boş ərazini göstərdiyimiz zaman bizə dedi ki, pul verməsəniz torpaq verməyəcəm. Övladım şəhid olandan bəri mən maddi olaraq heç nə görmədim. Oğlum ömrünün 22 ilini hərbi sahəyə həsr edib. Qarabağ müharibəsində də şəhid olub. Qaxda ən yüksək rütbəli şəhid mənim oğlum olsa da, hörmətsizlik ediblər. Torpağa tapşırılan gün icra başçısı və bələdiyyə sədri dəfndə iştirak etməyiblər. Özlərinin hər yerdə evləri var. İcra başçısına məsələ ilə bağlı şikayət edən zaman o, gəlinimə “indiyə kimi necə yaşamısızsınsa, elə də yaşamağa davam edin” deyib”.
“Qafqazinfo”nun sorğusuna cavab olaraq icra hakimiyyətindən bildirilib ki, həmin ailəyə torpaq verilib.
Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev ailənin mənzil növbəsi üçün qeydiyyata alındığını da sözlərinə əlavə edib:
“Bələdiyyə tərəfindən ailəyə 10 sot torpaq verilib. Fevral ayında şəhidin həyat yoldaşı Məmmədova Pərvanə xanım icra hakimiyyətinin müvafiq sərəncamı ilə mənzil növbəsi qeydiyyatına alınıb. Rayon bələdiyyəsi tərəfindən ev tikmək üçün valideynlərinə həyətyanı sahə də verilib. 3500 manata gəldikdə isə paylarına düşən sotdan əlavə bir 5 sot torpaq da istəyiblər. Qanunda belədir ki, hər şəhid ailəsi 5 sot torpaq ala bilər. Onlara isə 10 sot verilib. Əlavə yenə torpaq istəyən zaman Eyvaz Orucov da deyib ki, dövlət rüsumunda 5 sot həyətyanı torpaq sahəsi 3500 manat pul edir. İndiyə kimi necə yaşamısızsınsa, elə də yaşamağa davam edin məsələsi yalandır. Elə bir ifadə işlədilməyib. Hamı görüb ki, ailə bura gələndə biz onları necə hörmətlə qarşılayıb, necə həssas yanaşırıq”.
Qeyd edək ki, 22 ilini vətənə xidmətə həsr edən polkovnik-leytenant Sadiq Məmmədov 44 günlük Qarabağ müharibəsində yaxından iştirak edib. O, Ali Baş Komandan İlham Əliyev tərəfindən medal və ordenlərlə təltif edilib.
Bələdiyyə sədri şəhid anasından 3500 manat pul istəyib
11:29 - 11 İyul 2021

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Vəkillər Kollegiyası Yekaterinburq insidenti ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Sabah hava necə olacaq? - PROQNOZ

34 illik müəllim işindən kənarlaşdırılıb - Bakıda daha bir direktor qalmaqalı

İlham Əliyev Xankəndidə naziri qəbul etdi - Fotolar

Konstitusiya Məhkəməsinin yeni hakimləri təsdiqləndi

ADU-da “Məzun günü” keçirildi - FOTOLAR

Qeyri-çimərlik ərazilərlə bağlı XƏBƏRDARLIQ

Bakıda güclü külək əsir - FAKTİKİ HAVA

Hazırda bu yollarda tıxac var

Azərbaycanda bu şəxslərə 6 min manat veriləcək - VİDEO

Prezidentlər Xıdırlıda məktəbin açılışında - FOTOLAR
Xəbər xətti
- 04 İyul 2025
- 14:49 "Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram"
- 14:48 Pakistanda 5 mərtəbəli bina çökdü - Ölənlər var
- 14:47 Hərbi prokuror Naxçıvanda görüş keçirdi - FOTO
- 14:39 Vəkillər Kollegiyası Yekaterinburq insidenti ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
- 14:28 İsraildən Qəzzaya hücum - 37 fələstinli həlak oldu
- 14:22 Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirildi - FOTO
- 14:15 Şəxsiyyət vəsiqələrimiz dəyişir
- 14:08 Pezeşkian İlham Əliyevə təşəkkür etdi
- 13:55 "Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
- 13:46 “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışından FOTOLAR
- 13:43 "Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib"
- 13:41 Şuşa turizm paytaxtı seçildi
- 13:40 Xankəndidə Zirvə görüşü keçirilir - Prezident çıxış edir : CANLI - YENİLƏNİB
- 13:26 Pezeşkian da Xankəndidədir - VİDEO
- 13:19 Sabah hava necə olacaq? - PROQNOZ
- 13:14 Əfsanəvi qapıçı vəfat etdi - FOTO
- 13:10 34 illik müəllim işindən kənarlaşdırılıb - Bakıda daha bir direktor qalmaqalı
- 13:01 Prezident Şahbaz Şəriflə görüşdü - Fotolar
- 12:51 Napolidən Osimhen qərarı - 15 iyula qədər vaxt verildi
- 12:35 İlham Əliyev Xankəndidə naziri qəbul etdi - Fotolar
- 12:32 Romada ardıcıl partlayışlar - Çoxlu yaralılar var
- 12:16 Ərdoğan Azərbaycandadır - Yenilənib
- 11:57 Tanınmış iş adamı pəncərədən yıxılaraq öldü
- 11:36 Konstitusiya Məhkəməsinin yeni hakimləri təsdiqləndi
- 11:17 İlham Əliyev Trampı təbrik etdi
- 11:13 Milli Məclisin iclası keçirilir - Gündəlikdə 22 məsələ var
- 11:01 ADU-da “Məzun günü” keçirildi - FOTOLAR
- 10:54 Mikroavtobus yandı - Xəsarət alan var
- 10:47 “Özbəkistan bizim üçün dost və qardaş ölkədir” - Kamaləddin Qafarov
- 10:38 İlham Əliyevdən liderlərin Ağdam səfərilə bağlı PAYLAŞIM
- 10:37 Qeyri-çimərlik ərazilərlə bağlı XƏBƏRDARLIQ
- 10:08 Azərbaycanda tanınmış musiqiçi vəfat etdi - FOTO
- 09:54 Bakıda güclü külək əsir - FAKTİKİ HAVA
- 09:37 Emin Əbilov bu komandaya baş məşqçi təyin edildi
- 09:21 Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ
- 09:00 Hazırda bu yollarda tıxac var
- 08:56 Nüvə danışıqları başlayacaq? - İran şərtlərini açıqladı
- 08:47 Tramp və Zelenski bu məsələləri müzakirə edəcək - Tarix açıqlandı
- 08:36 "Çelsi"dən daha bir transfer - 7 illik müqavilə
- 08:30 Azərbaycanda bu şəxslərə 6 min manat veriləcək - VİDEO
- 08:00 Şahruddindən məşq zamanı möhtəşəm qol - VİDEO
- 01:30 “Hollivud”un məşhur aktyoru vəfat etdi
- 00:30 Qadın güləşçimiz qızıl medal qazandı
- 03 İyul 2025
- 23:39 “Qızımın anası uşağını görmək istəmir”- VİDEO
- 23:28 Rusiya Əfqanıstanı tanıdı
- 22:37 3 ölkə başçısı Şahbulaq qalasında - FOTOLAR
- 21:48 Yeniyetmə su anbarında boğuldu - Astarada FACİƏ
- 21:32 Əsirlərə işgəncə verən ermənilər ifadə verdilər
- 21:11 Ersin Tatar İlham Əliyevə təşəkkür etdi - VİDEO
- 20:47 Prezidentlər Xıdırlıda məktəbin açılışında - FOTOLAR
- 20:36 "Sputnik-Azərbaycan"ın 5 əməkdaşı polis nəzarətinə verildi

